"Milan"ın yarımmüdafiəçisi Alessandro Florenzi komandasının Avropa Liqasında qarşılarına maksimum hədəf qoyduqlarını qeyd edib.
Sportinfo.az xəbər verir ki, “pianetamilan.it” portalına danışan təcrübəli futbolçu AL-i qazanmaq istədiklərini söyləyib:
"Milan" heç vaxt bu turnirdə qalib olmayıb. Elə deyil? Bəs niyə ilk dəfə qalib olmasın? Məqsədimiz Avropa Liqasında qalıb olmaqdır”.
“Milan” bu mövsüm Çempionlar Liqasında F qrupunda “Borussiya”, PSJ və “Nyukasl”la mübarizə aparıb.
Onlar qrupda üçüncü yeri tutaraq, avrokuboklardakı yoluna AL-də davam etmək hüququ qazanıb. İtaliya klubu pley-off mərhələsində “Renn”i sınağa çəkəcək.