
“Lion”un baş məşqçisi Paulo Fonseka komandasının UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Mançester Yunayted”ə məğlubiyyətini şərh edib.
Əlavə olunmuş vaxtın son dəqiqəsində 4:3 öndə olan “Lion” sonradan iki qol buraxaraq, 4:5 hesabı ilə uduzub.
Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis nə baş verdiyini başa düşməyin çətin olduğunu söyləyib:
“Nə baş verdiyini başa düşmək çətindir. Ancaq matç bitməmiş, hesab 4:2 olanda bayram etməyə başladıq. Biz qalib gəldiyimizi düşünürdük”.
İlk oyun 2:2 hesabı ilə başa çatmışdı.