“Mançester Yunayted” son anda “kəfəni yırtdı” – Avropa Liqasında yarımfinal gecəsi

18 Aprel 02:10 Avropa Liqası 809
“Mançester Yunayted” son anda “kəfəni yırtdı” – Avropa Liqasında yarımfinal gecəsi

Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, cavab oyunlarının hamısı eyni günə təsadüf edib.

“Mançester Yunayted” Lion “Olimpik”i ilə cavab matçında dramatik qələbəyə sevinib. İngiltərənin digər təmsilçisi “Tottenhem” isə “Ayntraxt”ı tək qolla yenərək mərhələ adlayıb.

“Atletik” də “Reyncers” səddini inamlı qələbə ilə keçib. “Latsio” isə “Bodo Qlimt”lə bacarmayıb. Norveç təmsilçisi penalti seriyasında sevinən tərəf olub.

“Atletik” (İspaniya) – “Reyncers” (Şotlandiya) 2:0
Qollar
: Sanset, 45+4-pen. N.Uilyams, 80.
İlk oyun – 0:0.

“Mançester Yunayted” (İngiltərə) – “Olimpik” (Lion, Fransa) 5:4
Qollar
: Uqarte, 10. Dalo, 45+1. B.Fernandes, 114-pen. Maynu, 120. Maquayr, 120+1 – Tolisso, 71. Talyafiko, 78. Şerki, 105. Lakazette, 108-pen.
İlk oyun – 2:2.

“Ayntraxt” (Almaniya) – “Tottenhem” (İngiltərə) 0:1
Qol
: Solanke, 43-pen.
İlk oyun – 1:1.

“Latsio” (İtaliya) – “Bodo Qlimt” (Norveç) 3:1 (penaltilər 2:3)
Qollar
: Kastelyanos, 21. Noslin, 90+3. Dia, 100 – Helmersen, 109.
İlk oyun – 0:2.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"