Sonra da deyirsiz ki... Görün, “Qarabağ” kimlərin qarşısına çıxıb!

09:50 Avropa Liqası 293
Sonra da deyirsiz ki... Görün, “Qarabağ” kimlərin qarşısına çıxıb!

Xəbər verdiyimiz kimi, Avropa Liqasında 1/4 finalçılar müəyyənləşib.

1/8 finalın dünən keçirilən cavab oyunlarından sonra "Tottenhem" (İngiltərə), “Ayntraxt" (Almaniya), Reyncers" (Şotlandiya), “Atletik" (İspaniya), “Budo Qlimt" (Norveç) , “Latsio" (İtaliya), Lion" (Fransa) və “Mançester Yunayted" (İngiltərə) növbəti mərhələyə adlayıb.

Sportinfo.az xəbər verir ki, bu 8 komandadan 3-ü bu mövsüm Avroliqanın Liqa mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi olub.

Söhbət “Tottenhem”, “Lion” və “Budo Qlimt”dən gedir.

Ağdam təmsilçisi “Tottenhem” və “Lion”a uduzmuş (müvafiq olaraq 0:3, 1:4), “Budo Qlimt”ə isə səfərdə qalib gəlmişdi (2:1).

"Qarabağ" bu mərhələdə 8 müxtəlif rəqiblə qarşılaşıb. 3 xal toplayan Azərbaycan təmsilçisi yekun nəticədə sonuncu - 36-cı yeri tutub.

Qeyd edək ki, 1/4 finalda bu cütlüklər qarşılaşacaq:

"Tottenhem" (İngiltərə) - "Ayntraxt" (Almaniya)

"Reyncers" (Şotlandiya) - "Atletik" (İspaniya)

"Budo Qlimt" (Norveç) - "Latsio" (İtaliya)

"Lion" (Fransa) - "Mançester Yunayted" (İngiltərə)

1/4 finalın ilk oyunları aprelin 10-da, cavab matçları isə aprelin 17-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti