"Fənərbaxça" evdə məğlub oldu, "Mançester Yunayted" 1:1 etdi - Avroliqada NƏTİCƏLƏR

02:10 Avropa Liqası 152
"Fənərbaxça" evdə məğlub oldu, "Mançester Yunayted" 1:1 etdi - Avroliqada NƏTİCƏLƏR

Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçirilib.

Türkiyə "Fənərbaxça"sı İstanbulda "Reyncers"lə (Şotlandiya) qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

"Tottenhem" "AZ Alkmaar"a, FCSB "Lion"a, "Ayaks" "Ayntraxt"a məğlub olub. "Mançester Yunayted" "Real Sosyedad"la ilə heç-heçə edib.

"Latsio" 9 nəfərlə "Viktoriya"nı üstələyib. "Roma" "Atletik"ə, "Budo Qlimt" isə "Olimpiakos"a qalib gəlib.

Bu komandalar arasında cavab matçları martın 13-də keçiriləcək.

Avropa Liqası, 1/8 final, ilk oyunlar

21:45. "AZ Alkmaar" (Niderland) - "Tottenhem" (İngiltərə) - 1:0

Qol: Berqvall, 18-avtoqol

21:45. FCSB (Rumıniya) - "Lion" (Fransa) - 1:3

Qollar: Baluta, 68 - Taqlifiko, 30, Fofans, 86, 89

21:45. "Fənərbaxça" (Türkiyə) - "Reyncers" (Şotlandiya) - 1:3

Qollar: Djiku, 30 - Dessers, 7, Cerni, 42, 81

21:45. "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1

Qollar: Oyarzabal, 70-pen. - Zirkzee, 57

00:00. "Roma" (İtaliya) - "Atletik" (İspaniya) - 2:1

Qollar: Anjelino, 56, Şomurodov, 90+4 - Uilliams, 50

Qırmızı vərəqə: Alvarez, 86 ("Atletik")

00:00. "Ayaks" (Niderland) - "Ayntraxt" (Almaniya) - 1:2

Qollar: Brobbi, 10 - Larsson, 27, Şxiri, 70

00:00. "Budo Qlimt" (Norveç) - "Olimpiakos" (Yunanıstan) - 3:0

Qollar: Tzolakis, 13-avtoqol, Haq, 45, 55

00:00. "Viktoriya" (Çexiya) - "Latsio" (İtaliya) - 1:2

Qollar: Durosinmi, 53 - Romaqnoli, 18, İsaksen, 90+8

Qırmızı vərəqələr: Gigo, 90+3, Rovella, 77 (hər ikisi "Latsio")

Digər Xəbərlər
Xəbər Lenti