
Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları bitdikdən sonra 1/8 finalçıların tam siyahısı dəqiqləşib.
Sportinfo.az xəbər verir ki, Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”la qarşılaşan komandaların heç biri pley-offda büdrəməyib.
Təmsilçimizlə görüşən 8 rəqibdən üçü bu raundda mübarizə aparıb. “Bodo Qlimt”, FCSB və “Ayaks” 1/8 finala adlamaq vəzifəsinin öhdəsindən gəlib.
“Qarabağ”ın daha üç rəqibi isə bu raunda birbaşa vəsiqə qazanmışdı. “Tottenhem”, “Lion” və “Olimpiakos” da pley-offu keçən digər üç rəqib kimi bugünkü püşkatmanı gözləyir.
Bir sözlə, “Qarabağ”ın 8 rəqibindən 6-sı 1/8 finaldadır. Yalnız İsveç klubları “Molde” ilə “Elfsborq” elə Liqa mərhələsində mübarizəni dayandırıblar.
Bu isə o deməkdir ki, Qurban Qurbanovun yetirmələrinin rəqiblərinin 75 faizi kubok üçün yoluna davam edir.
Azərbaycan çempionu Liqa mərhələsində sonuncu – 36-cı yeri tutub.