COP29

“Qarabağ”dan alındı, Avroliqanın sifariş ərizəsinə salındı

8 Fevral 22:40 Avropa Liqası 385
“Qarabağ”dan alındı, Avroliqanın sifariş ərizəsinə salındı

Bugünlərdə “Qarabağ”dan ayrılan Julio Romao Avropa Liqasının pley-off mərhələsinin oyunları üçün sifariş olunub.

Sportinfo.az xəbər verir ki, Romaonun yeni klubu “Ferensvaroş” (Macarıstan) 26 yaşlı yarımmüdafiəçinin adını Avroliqanın “Viktoriya” (Çexiya) ilə matçlarının iştirak ərizəsinə daxil edib.

“Ferensvaroş”la “Viktoriya” arasında oyunlar 13 fevral və 20 fevralda keçiriləcək.

J.Romao “Ferensvaroş”a bu həftə keçib. O, bu mövsüm “Qarabağ”la Avroliqanın Liqa mərhələsində 7 oyunda meydana çıxıb.

Beləliklə, Romao bu mövsüm Avroliqa üçün 2-ci klubla da sifariş olunub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 18:10 Çək və bizə göndər!