COP29

Mərakeşli “Qarabağ”a 2 qol vurdu, 2025-ci ilin bombardirləri siyahısında yer aldı

18:10 Avropa Liqası 136
Mərakeşli “Qarabağ”a 2 qol vurdu, 2025-ci ilin bombardirləri siyahısında yer aldı

2025-ci ildə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçular müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, İFFHS ilin ilk ayında milli komanda və qitə kuboklarında ən azı 3 top vuranların cədvəlini tərtib edib.

Siyahıya Usman Dembele başçılıq edir. PSJ-nin fransalı futbolçusu Çempionlar Liqasında 4 qola imza atıb.

Daha üç oyunçu yanvarda eyni sayda fərqlənib. Lakin onlar əlavə göstəricilərə görə aşağı sıralarda qərarlaşıb.

“İnter”in argentinalı hücumçusu Lautaro Martines cədvəldə ikincidir. “Real”ın braziliyalısı Rodriqo üçüncü, “Benfika”nın yunan oyunçusu Vasilis Pavlidis dördüncüdür.

Siyahıda yer alan 13 futbolçudan 9-u isə 3 qola imza atıb. Onlar arasında “Olimpiakos”un qol silahı Ayub El-Kaabi də var.

Mərakeşli hücumçu iki gün əvvəl “Qarabağ”ın qapısına Avropa Liqasında vurduğu 2 topla hesabını 3-ə çatdırıb.

“Qarabağ” “Olimpiakos”a 0:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti