“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının ümumi mərhələsinin 8-ci turu çərçivəsində FCSB üzərində qazanılan qələbəni (2:0) şərh edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı daha çox qol vurmalı olduqlarını bildirib:
“Düşünürəm ki, biz oyuna çox yaxşı nəzarət edirdik. Topa daha çox sahib idik, bu isə o deməkdir ki, düşünmək və oynamaq üçün daha çox vaxtımız var idi.
Kobbi Mainu öz mövqeyində çox yaxşı oynayırdı, daha çox sərbəstliyə və o qədər də məsuliyyətə malik deyildi, daim hərəkət edirdi.
Səfərdə müdafiədə uşaqlar yaxşı iş gördülər. Biz daha çox qol vurmalıyıq”.
“Qırmızı şeytanlar” Avropa Liqasının ümumi mərhələsində heç bir məğlubiyyət yaşamayıb və 3-cü yerdən 1/8 finala yüksəlib.