COP29

“Qalatasaray” və “Fənər” rəqiblərini tanıdı - Avroliqada püşk

18:40 Avropa Liqası 241
“Qalatasaray” və “Fənər” rəqiblərini tanıdı - Avroliqada püşk

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, tədbirdə 1/16 finalın cütləri bəlli olub.

Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqiblərinin adına aydınlıq gəlib.

Türkiyə təmsilçilərindən "Fənərbağça" Belçikanın “Anderlext” kollektivi ilə üz-üzə gələcək. "Qalatasaray" isə Niderlandın AZ klubunun müqavimətini qırmağa çalışacaq.

Bu raundun oyunları fevralın 13-də və 20-də keçiriləcək.

“Latsio” (İtaliya), “Atletik” (İspaniya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Lion” (Fransa), “Olimpiakos” (Yunanıstan) və “Reyncers” (Şotlandiya) birbaşa 1/8 finala vəsiqə qazanıblar.

"Tvente" (Niderland) - “Budyo Qlimt” (Norveç)
"Fənərbağça" (Türkiyə) - “Anderlext” (Belçika)
“Yunion” (Belçika) - "Ayaks" (Niderland)
PAOK (Yunanıstan) - FCSB (Rumıniya)
AZ (Niderland) - "Qalatasaray" (Türkiyə)
“Midtyullann” (Danimarka) - "Real Sosyedad" (İspaniya)
“Ferentsvaroş” (Macarıstan) - "Viktoriya" (Çexiya)
"Portu" (Portuqaliya) - "Roma" (İtaliya)

Digər Xəbərlər
Xəbər Lenti