"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanda “Olimpiakos”a məğlub olub.
Sportinfo.az xəbər verir ki, Georgios Karaiskakis stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.
Pireylilərin heyətində 56 və 60-cı dəqiqələrdə fərqlənən El Kaabi dubl müəllifi olub. Qarşılaşmada yekun hesabı müəyyənləşdirən qola isə 89-cu dəqiqədə Julian Byankon imza atıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv keçirdiyi 8 görüşün 7-də uduzub, 1-də qələbə qazanıb.
Bununla da "köhlən atlar" Liqa mərhələsini 3 xalla sonuncu sırada başa vurub. Azərbaycan çempionu üçün cari mövsüm avrokubok oyunları başa çatıb.
Qarşılaşmanın videoicmalını təqdim edirik: