"Qarabağ" bu gün Avropa Liqasında Rumıniyanın FCSB komandasını qəbul edəcək.
Sportinfo.az xəbər verir ki, Liqa mərhələsinin VII turuna təsadüf edəcək oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qarşılaşma saat 21:45-də start götürəcək. Görüşün baş hakimi slovakiyalı Filip Qlova olacaq.
Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.
21:45. "Qarabağ" - FCSB (Rumıniya) 2:3
Qollar: Leandro Andrade, 2, Yoskim Dava, 39 (ö.q) - Şut, 7, 73, Mikulesku, 45+4
"Qarabağ": 97. Fabiyan Buntiç, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
FKSB: 32. Ştefan Tarnovanu, 33. Risto Radunoviç, 5. Yoskim Dava, 30. Siyabonqa Nqezana, 8. Adrian Şuk (k), 42. Baba Alhassan, 7. Florin Tanase. 15. Marius Ştefanesku, 11. David Mikulesku, 9. Daniel Birligea
Baş məşqçi: Elias Xaralambus
Baş hakim: Filip Qlova (Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu