Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan FKSB (“Styaua) bu qış ilk transferini reallaşdırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Rumıniya klubunun mətbuat xidməti məlumat yayıb.
Çexiyalı qapıçı Lukaş Zima ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Zima “Cenoa”, “Livorno”, “Peruca” kimi klublarda çıxış edib. Onun son klubu ölkəsində “Petrolul” olub.
Yanvarın 23-də Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ” – FKSB matçı saat 21:45-də başlayacaq.
Amma Zima bu matçda iştirak etməyəcək. Çünki qış transferləri qrup mərhələsinin oyunları üçün sifariş edilə bilməz.