"Qarabağ"la oyunda da xal qazanmaq istəyirik".
Sportinfo.az xəbər verir ki, bunu FCSB-nin (Rumıniya) futbolçusu David Mikulesku deyib.
23 yaşlı hücumçu yerli mətbuata açıqlama verib. Rumıniyalı oyunçu fərqləndiyi üçün şad olduğunu bildirib:
"Amma təəssüf ki, hesabı bərabərlişdirə bilmədik. Komandaya kimlərin gəlməsinin fərqi yoxdur. Biz hamımız yaxşı oyunçuyuq.
Avropa Liqasında "Qarabağ"la səfərdə üz-üzə gələcəyik, xal qazanmağa davam etmək istəyirik. Baxmayaraq ki, çoxları artıq pley-offa vəsiqə qazandığımızı deyir".
Avropa Liqasının Liqa mərhələsinin VII turunda keçiriləcək "Qarabağ" - FCSB matçı saat 21:45-də başlayacaq.
Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.