Avropa Liqasında Liqa mərhələsinin 6-cı turuna start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.
Türkiyə “Fənərbaxça”sı evdə “Atletik”i qəbul edib.
"Fenerbahçe Şükrü Saraçoğlu" stadionunda oynanılan qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edib. Görüş İstanbul təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bu, "Fənərbaxça"nın cari mövsüm avrokuboklarda uduzduğu ilk ev oyunu olub.
Beləliklə, 6 matçdan sonra turnir cədvəlində "Atletik" 16 xalla 1-ci, "Fənərbaxça" isə 8 xalla 15-cidir.
"Fənərbaxça" (Türkiyə) – "Atletik" (İspaniya) 0:2
Qollar: İnaki Uilyams, 5, 45
Qırmızı vərəqə: Mert Müldür, 69 ("Fənərbaxça")
Baş hakim: İrfan Peliyto (Bosniyya və Herseqovina