Rumıniya mətbuatı yerli FKSB klubunun Avropa Liqasındakı perspektivlərindən yazıb.
Sportinfo.az xəbər verir ki, “Prosport” nəşri Rumıniya klubunun qarşıdakı oyunlarına, o cümlədən Bakıda “Qarabağ”la oynayacaqları matça toxunublar:
"Avropa Liqasının əsas mərhələsinin sonunda “qırmızı-göy”lərin təqvimi o qədər də sadə deyil. FKSB-ni qarşıda “Hoffenhaym” və “Qarabağ”a qarşı iki çətin səfər oyunu gözləyir.
Daha sonra Böyük Britaniyanın ən uğurlu komandalarından biri - "Mançester Yunayted" Buxarestə gələcək".
“Qarabağ” – FKSB matçı gələn il yanvarın 23-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.
Hazırda Rumıniya çempionu 10 xalla ümumi cədvəldə 10-cu, “Qarabağ” isə 3 xalla 32-ci pillədə qərarlaşıb.