“Qarabağ”ın Avropa Liqasında “Lion”la keçirdiyi oyun (1:3) skautların diqqət mərkəzində olub.
Sportinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, Bakıdakı matçı izləyənlər arasında klub nümayəndələri də yer alıb.
Lionluların yarımmüdafiəçisi Rayan Şerki bir neçə klubun maraq dairəsindədir.
Xüsusən də İngiltərə təmsilçiləri “Kristal Pelas” və “Liverpul” 21 yaşlı oyunçunu mövsümün sonunda heyətinə qatmağın planlarını qurur.
“Kristal Pelas”ın skautları Şerkinin cari mövsümdəki bir neçə matçını izləyib. Onlar hətta “Qarabağ”la qarşılaşmada da fransalı pleymeykeri diqqət mərkəzində saxlayıb.