Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək "Beşiktaş" (Türkiyə) - "Makkabi" (İsrail) matçının məkanı bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Oyun Macarıstanın Debreçen şəhərində düzənlənəcək
İstanbulda təşkil edilməli olan "Beşiktaş" - "Makkabi" (Tel-Əviv) qarşılaşmasının yeri noyabrın 4-də dəyişdirilib.
Bu qərar Türkiyə höküməti tərəfindən təhlükəsizlik səbəbindən verilib. Azarkeşsiz oynanılacaq görüş noyabrın 28-də keçiriləcək.
Buna qədər belə bir fikir də var idi – Bakıya gəlmək.
Beynəlxalq mediada yayılan xəbərlərə görə, “Beşiktaş” da, “Makkabi” də bura səfər etməyə razı idi. Amma sonda UEFA-nın qərarı fərqli oldu.