COP29

“Qarabağ” 1 addım geridə

11 Noyabr 13:40 Avropa Liqası 545
“Qarabağ” 1 addım geridə

Avropa Liqasında 4 turdan sonra turnir cədvəli yenilənib.

Sportinfo.az xəbər verir ki, “Qarabağ” Liqa mərhələsinin ümumi cədvəlində irəliləyib.

Buna səbəb Ağdam təmsilçisinin “Bodo-Qlimt”i səfərdə 2:1 hesabı ilə məğlub etməsi olub. İlk 3 turda məğlub olan Qurban Qurbanovun yetirmələri aktivinə 3 xal yazdırıb.

Bunun sayəsində komanda sonuncu pillədən 29-cu sıraya yüksəlib. Təmsilçimizi pley-off mərhələsinə vəsiqə verən ilk “24-lük”dən cəmi 1 xal ayırır.

Siyahıya 12 xalla “Latsio” başçılıq edir. “Ayaks”, “Qalatasaray”, “Ayntraxt”, “Anderlext” və “Atletik” hərəyə 10 xalla 2-6-cı pillələri bölüşürlər.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!
20 Noyabr 01:50 I Liqa, yA TƏHQİRXANA?