"Qalatasaray" Avropa Liqasının Liqa mərhələsində İngiltərə təmsilçisi "Tottenhem"ə qalib gəlib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi IV turun ev oyununda rəqibini 3:2 hesabı ilə üstələyib.
"Sarı-qırmızılar"ın heyətində Yunus Akgün (6) və Viktor Osimhen (31, 39) adlarını tabloya yazdırıblar.
Okan Burukun rəhbərlik etdiyi kollektiv cari mövsüm Avropa Liqasında üçüncü qələbəsini qazanıb.