“Ayaks”ın yarımmüdafiəçisi Kian Fits-Cim Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqqında danışıb.
Sportinfo.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi klubun saytına açıqlamasında görüşün çətin keçəcəyini deyib:
“Qarabağ”ın bəzi oyunlarına baxdıq. Son 10 ildə onlar 9 dəfə çempion olublar.
"Qarabağ"ın bir neçə texnikalı cinah oyunçusunun olduğunu gördüm. Çətin matç olacaq, lakin biz hazırıq”.
Oktyabrın 24-də keçiriləcək “Qarabağ” - “Ayaks” oyunu saat 20:45-də start götürəcək.