COP29

“Qarabağ”ın bir rəqibi “Qalatasaray”a uduzdu, digəri “Braqa”nı uddu

01:20 Avropa Liqası 87
“Qarabağ”ın bir rəqibi “Qalatasaray”a uduzdu, digəri “Braqa”nı uddu

Avropa Liqasının Liqa mərhələsində 3-cü tura start verilib.

ilk oyun günündə 2 matç keçirilib.

Son Türkiyə çempionu “Qalatasaray” “Elfsborq”u qəbul edib. Oyunda 7 qol vurulub. "Qalatasaray" 4:3 hesablı qələbə qazanmaqla xalını 7-ə yüksəldib və ən azı 1 günlük lider olub.

“Braqa” (Portuqaliya) isə “Bude Qlimt”lə (Norveç) qarşılaşıb. Norveç təmsilçisi 90+4-cü dəqiqə qolu ilə vacib qələbə qazanıb.

"Elfsborq” və “Bude Qlimt” “Qarabağ”ın Avroliqadakı gələcək rəqibləridir.

Turun digər oyunları bu gün keçiriləcək.

"Qalatasaray" (Türkiyə) - "Elfsborq" (İsveç) - 4:3

Qollar: Mauro İkardi, 28 (1:0), İsak Pettersson, 39-avtoqol (2:0), Barış Alper, 44 (3:0), Hult, 52 (3:1), Baydu, 65-pen. (3:2), Yunus Akgün, 83 (4:2), Larsson, 90+2 (4:3)

"Braqa (Portuqaliya) - "Bude Qlimt" (Norveç) - 1:2

Qollar: Evyen, 53 (0:1), Nyakate, 64 (1:1), Nielsen, 90+4 (1:2)

Qırmızı vərəqə: Nyakate ("Braqa"), 67

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 19:20 "Neftçi"də yeni sponsor