COP29

“Qalatasaray”dan gələn ulduz “Qarabağ”la oyuna çıxmayacaq?

12:40 Avropa Liqası 269
“Qalatasaray”dan gələn ulduz “Qarabağ”la oyuna çıxmayacaq?

“Lion”un futbolçusu Vilfrid Zaha Avropa Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyunu buraxa bilər.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi Kot-d'İvuardan olan hücuma meyilli yarımmüdafiəçinin performansından narazıdır.

Bu səbəbdən 32 yaşlı forvardın heyətdən uzaqlaşdırılacağı gözlənilir.

V.Zaha Fransa klubuna ötən ay Türkiyənin “Qalatasaray” komandasından icarə əsasında keçib

“Qarabağ” – “Lion” matçı noyabrın 28-də Bakıda keçiriləcək. Qarşılaşma saat 21:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 19:20 Mahir Emreli 3 ad çəkdi