COP29

“Qarabağ”a 3 qol vursaq da, startdan narazı qaldım"

27 Sentyabr 02:30 Avropa Liqası 381
“Qarabağ”a 3 qol vursaq da, startdan narazı qaldım"

"Biz oyuna daha yüksək tempdə başlamağı planlamışdıq".

Sportinfo.az xəbər verir ki, bunu "Tottenhem"in baş məşqçisi Angelos Postekoqlu “Qarabağ”a qarşı Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Yunanıstanlı qalib gəldikləri görüşü şərh edib:

"Qarşılaşmanın əvvəlindəki qırmızı vərəqə planlarımıza daxil deyildi. Biz oyuna daha yüksək tempdə başlamağı planlamışdıq.

Futolçumuz meydandan qovulana qədər ötürmələrlə passiv oynadıq və təəssüf ki, nəticədə Draquş buna görə cəzalandı.

Daha sonra görüşdə üstünlüyü ələ ala bildik. Qələbə qazandığımıza baxmayaraq, startdan narazı qaldım".

Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" - "Qarabağ" oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti