COP29

Liqa mərhələsində I tura start verilir - Avropa Liqasında bu gün

25 Sentyabr 15:40 Avropa Liqası 371
Liqa mərhələsində I tura start verilir - Avropa Liqasında bu gün

2024/2025 mövsümündən etibarən yeni formatda keçiriləcək Avropa Liqasının Liqa mərhələsində I tura bu gün start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

Maraqla gözlənilən oyunlardan biri Türkiyədə keçiriləcək. “Qalatasaray” doğma meydanda Yunanıstan təmsilçisi PAOK-la münasibətləri aydınlaşdıracaq.

İngiltərənin “Mançester Yunayted” klubu isə evdə Niderland təmsilçisi “Tvente”ni qəbul edəcək.

“Qarabağ”ın rəqiblərindən olan “Elfsborq” Niderlandda AZ ilə üz-üzə gələcək. “Budyo-Qlimt” (Norveç) isə evdə “Portu” (Portuqaliya) ilə qarşılaşacaq.

Liqa mərhələsində I tura sentyabrın 26-da keçiriləcək 9 oyunla yekun vurulacaq.

I tur

20:45. AZ (Niderland) - “Elfsborq” (İsveç)
20:45. Budyo-Qlimt” (Norveç) - “Portu” (Portuqaliya)
23:00. “Mançester Yunayted” (İngiltərə) - “Tvente” (Niderland)
23:00. “Qalatasaray” (Türkiyə) - PAOK (Yunanıstan)
23:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Latsio” (İtaliya)
23:00. “Ludoqorets” (Bolqarıstan) - “Slaviya” (Çexiya)
23:00. “Midtyullann” (Danimarka) - “Hoffenhaym” (Almaniya)
23:00. “Nitsa” (Fransa) - “Real Sosyedad” (İspaniya)
23:00. “Anderlext” (Belçika) - “Ferentsvaroş” (Macarıstan)

Digər Xəbərlər
Xəbər Lenti