COP29

“Nəfəs alın, yoqa ilə məşğul olun" - "Qarabağ"ın rəqibinin baş məşqçisi

23 Sentyabr 22:40 Avropa Liqası 992
“Nəfəs alın, yoqa ilə məşğul olun" - "Qarabağ"ın rəqibinin baş məşqçisi

"Tottenhem"in baş məşqçisi Ange Postekoqlu komandanın hücumçusu Dominik Solankeyə ünvanlanan tənqidlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasında "Qarabağ"ın rəqibi olan komandanın avstraliyalı çalışdırıcısı sezonun əvvəlindən tənqid edilən ingilis forvard barədə bunları deyib:

"Başa düşmürəm, necə olur ki, insanlar bu qədər tez nəticə çıxara bilirlər? Nəfəs alın, yoqa ilə məşğul olun.

Solanke bizim üçün cəmi iki oyun keçirib, 15 oyunda qol vurmasaydı, o zaman suala cavab verərdim".

“Qarabağ” Avropa Liqasında sentyabrın 26-da “Tottenhem”lə səfərdə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti