COP29

Məşhur hücumçu "Qarabağ"ın önünə çıxmayacaq: “Mənə sual verməyin”

22 Sentyabr 14:25 Avropa Liqası 1 093
Məşhur hücumçu "Qarabağ"ın önünə çıxmayacaq: “Mənə sual verməyin”

"Tottenhem"in hücumçusu Rişarlison Avropa Liqasında "Qarabağ"a qarşı oyunda iştirak etməyəcək.

Sportinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Anje Postekoqlu məlumat verib.

Avstraliyalı mütəxəssis bir müddət ərzində əsas komandadan kənarlaşdırdığı 27 yaşlı forvard haqda danışıb. O, Rişarlisonun yaxın müddətdə kollektivlə birlikdə olmayacağını deyib:

"Rişarlisonun qayıdışı gündəmdə deyil. O, hələ komandaya qayıtmağa yaxın deyil.

Mən qərarımı dəyişənə qədər bu haqda sual verməyin. Çünki Rişarlison əsas komandada deyil".

"Qarabağ" Avropa Liqasının liqa mərhələsinin ilk turunun oyununda "Tottenhem"lə 26 sentyabr tarixində Londonda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti