COP29

Liqa mərhələsinin püşkü atıldı - Avroliqada QRUPLAR

30 Avqust 16:20 Avropa Liqası 1 493
Liqa mərhələsinin püşkü atıldı - Avroliqada QRUPLAR

Bu gün Avropa Liqasında Liqa mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, tədbir Monakoda keçirilib.

Mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqiblərinin adına aydınlıq gəlib. Ağdam klubu 4 səbətdən 3-sündə yer alıb. Hər səbətdən ona 2 rəqib düşüb.

2024/25 mövsümündən başlayaraq yarışda ilk dəfə Liqa formatı tətbiq olunacaq və 36 komanda iştirak edəcək. Yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə edilib.

Müvafiq olaraq, püşkdə klublar əl ilə çəkiləcək, daha sonra kompüter nəzarəti ələ alacaq və komandaların 8 rəqibini seçib. Püşkatmanın uzun zaman aparmamasına görə belə üsuldan istifadəyə qərar verilib.

Yeni formata əsasən, hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.

Yekunda 36 komanda arasında ən çox xal toplayan ilk 8 yeri tutan komanda 1/8 finala yüksələcək. 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər.

25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar.

Oyunların təqvimi avqustun 31-də açıqlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti