Bu gün Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.
Sportinfo.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçiriləcək.
Qardaş ölkə “Beşiktaş” səfərdə “Luqano” ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Bu mərhələnin cavab oyunları avqustun 29-da keçiriləcək.
22 avqust
21:00. LASK (Avstriya) – FKSB (Rumıniya)
21:00. "Molde" (Norveç) - "Elfsborq" (İsveç)
21:00. RFŞ (Latviya) – APOEL (Kipr)
21:00. “Viktoriya” (Plzen, Çexiya) - “Harts” (Şotlandiya)
21:30. PAOK (Yunanıstan) - "Şemrok Rovers" (İrlandiya)
22:00. "Ludoqorets" (Bolqarıstan) - "Petrokub" (Moldova)
22:00. "Makkabi" (Tel-Əviv, İsrail) - “Baçka Topola” (Serbiya)
22:30. "Luqano" (İsveçrə) - “Beşiktaş” (Türkiyə)
22:45. "Dinamo" (Minsk, Belarus) - “Anderlext” (Belçika)
22:45. "Yaqellonya" (Polşa) - "Ayaks" (Niderland)
23:00. "Ferentsvaroş" (Macarıstan) - "Borats" (Bosniya və Herseqovina)
23:30. "Braqa" (Portuqaliya) - "Rapid" (Vyana, Avstriya)