“Qarabağ”la cavab oyunu Bakıdakı duelə çox bənzəyirdi”.
Sportinfo.azZ xəbər verir ki, bu sözləri “Bayer”in futbolçusu Qranit Caka Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri oyun haqqında fikirlərini bölüşərkən deyib.
Oyunçu ilk öncə hesabın 0:2 olması ilə razılaşmadığını vurğulayıb:
“Hesab 0-2 olmamalı idi, amma biz geridönüş etdik. Oyun 1 həftə əvvəl Bakıda keçirilən duelə çox bənzəyirdi. Rəqibə qarşı inamlı mübarizə apardıq”.