“Qarabağ” Leverkuzendə əsl gücünü göstərə bilməmişdi”.
Sportinfo.az xəbər verir ki, bunu “Bayer 04”ün futbolçusu Matey Kovarj “Qarabağ”a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ərəfəsində mətbuat konfransında deyib.
23 yaşlı qapıçı ötən turda Azərbaycan çempionunu 5:1 hesabı ilə məğlub etmələrinə baxmayaraq, cavab görüşünə ehtiyatla yanaşdıqlarını gizlətməyib:
“Qarabağ”a qarşı Leverkuzendə oynamışdıq. Buradakı 5:1 hesablı qələbəyə baxmayaraq, Bakıda bizi çətin mübarizə gözləyir.
Buna baxmayaraq, qələbə qazanaraq, qrup birinciliyini təmin etmək istəyirik. Azərbaycanda gücümüzü göstərəcəyik”.
Çexiyalı qolkiper Avropa Liqasında səfər matçlarının hər zaman ağır keçdiyini vurğulayıb:
“Avropa Liqasında qonaq qismində çıxış etmək çox çətin olur. Komandalar öz meydanlarında bütün güclərini ortaya qoyurlar.
Ancaq mən Bakıdakı qarşılaşmada komandamın uğurlu nəticə əldə etməsinə çalışacağam”.
Noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.