
“Latsio” Avropa Liqasının 1/4 final mərhələsində “Budyo Qlimt” ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, cütün qalibi penaltilər seriyasında müəyyənləşib.
Romalılar 2:3 hesabı ilə uduzaraq, yarımfinaldan kənarda qalıblar.
“Budyo Qlimt” yarışın əsas mərhələsində “Qarabağ”ın rəqibi olub. “Köhlən atlar” Norveçdə keçirilən matçda 2:1 hesabıyla 3 xal qazanıb.
Həmin görüşdə Azərbaycan çempionunun qollarını Toral Bayramov və Abdulla Zubir vurub.
Qarşılaşmanın videoicmalını təqdim edirik: