COP29

Azərbaycanlı çempion: “Qızıl üçün bütün gücümü ortaya qoydum”

03:50 Atıcılıq 247
Azərbaycanlı çempion: “Qızıl üçün bütün gücümü ortaya qoydum”

"Fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq, üçün bütün gücümü ortaya qoymuşdum.

Tabloda adımı ilk sırada görəndə çox təəccübləndim".

Sportinfo.az xəbər verir ki, bu sözləri Perunun Lima şəhərində keçirilmiş gənclər arasında dünya çempionatında 50 metr məsafəyə atəşaçma üzrə yarışda qızıl medal qazanan Azərbaycan atıcısı İmran Qarayev deyib.

552 xalla Rumıniya təmsilçisini geridə qoyaraq dünya çempionu olan idmançı yarışa yaxşı hazırlaşdığını bildirib:

"Bu uğur çəkilən əziyyətin bəhrəsidir. Çempionluğun necə bir hiss olduğunu sözlə ifadə etmək çox çətindir.

Sadəcə, hədsiz dərəcədə sevincli olduğumu deyə bilərəm. Ümid edirəm ki, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb, oradan da Vətənimə qızıl medalla qayıdaram".

Azərbaycan atıcıları mundialı 3 medalla başa vurublar. İ.Qarayevdən başqa, Sofiya Barxalova 50 metr məsafəyə atəş açmada 535 xalla bürünc mükafata yiyələnib.

Komandalar arasında keçirilən yarışda isə Zeynəb Sultanova, Leyli Əliyeva və S.Barxalovadan ibarət kollektiv 10 metr məsafəyə pnevmatik tapançadan atəşdə yalnız Hindistan yığmasından geri qalaraq gümüş medala layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 07:20 Sual və NİDA... FOTO
9 Oktyabr 03:40 Atasının qızı - FOTOLAR