Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2024”üç sonuncu günü maraqlı məqamlarla yadda qaldı.
Turnirin son günündə qadınlar arasında tüfəngdən 50 metr məsafəyə 3 mövqedən atəş açma növündə final görüşlərinin qalibi adını Şona Makintoş qazandı.
Bakıda ötən il də eyni uğura imza atan ingiltərəli atıcı mükafatlandırma mərasimindən sonra maraqlı açıqlamalarla diqqət çəkib:
“İki gün əvvəlki finalda dördüncü yeri tutmuşdum. Həmin vaxt atışlarım istədiyim kimi olmamışdı.
Bu gün qalib adını qazansam da, doğrusu, performansım yenə də tam istədiyim kimi deyil. Daha yaxşısını edə biləcəyimə inanıram.
Finaldakı rəqibim çinli idi. Onları məğlub etmək çox çətindir, dəmir iradəyə sahibdirlər.
Xüsusən xallar arasında fərq az olanda, iş bir az da çətinləşir. Öz gücümə inanaraq qələbənin öhdəsindən gəldim.
Saçlarımın göy rəngdə olmasına gəlincə, bu, mənim “uğur çubuğum”dur. 6-7 ildir saçlarım belədir.
Bəzən göy rəngdən yaxa qurtarmaq istəsəm də, içimdən gələn səs məni dəyişiklik etməməyə çağırıb. Çünki bu saç forması mənə uğur gətirir”.
HƏBİB / SPORTİNFO.AZ