COP29

Çexiyalı Bakıda həm qızıl qazandı, həm də rekorda imza atdı - VİDEO

13 May 02:20 Atıcılıq 329
Çexiyalı Bakıda həm qızıl qazandı, həm də rekorda imza atdı - VİDEO

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda kişilər arasında 25 metr məsafəyə tapançadan sürətli atəş açma növündə final mərhələsi keçirilib.

Sportinfo.az xəbər verir ki, qızıl medal uğrunda mübarizə çinli Xinjie Vanq və çexiyalı Martin Podraski arasında gedib.

Duelin əsas mərhələsində dəqiq atışların sayı bərabər olduğundan (32), əlavə 5 atışa ehtiyac duyulub.

Həlledici mərhələdə təcrübəli M.Podraski hədəflərin hamısını dəqiq nişan alaraq karyerasında 5-ci dəfə qızıl medal sevinci yaşayıb.

X. Vanq fəxri kürsünün ikinci pilləsinə qalxıb. Fransalı Klemen Besua isə 25 dəqiq atışla bürünc mükafatın sahibi olub.

Mübarizə başa çatdıqdan sonra M. Podraski qələbə təəssüratlarını bölüşüb:

“Bu, Bakıda əldə etdiyim ilk medaldır. Təbii ki, sevinirəm.

Bu mərhələdə təcrübə çox önəmlidir. İndiyə qədər bir çox finallarda iştirak etmişəm.

Bu finalda ən yaşlı atıcı mən idim. Fikrimcə, uğurumda təcrübə böyük rol oynadı.

Həm şəxsim, həm də ölkəmin adına bu cür nəticəyə imza atmaq qürurvericidir. Bugünkü dəqiq atışlarımın sayı həm də Çexiya atıcılıq tarixi adına yeni rekord idi”.

O, Bakı Atıcılıq Mərkəzində yaradılan şəraitdən də bəhs edib:

“Atəş meydanları haqqında ən xoş sözləri deyə bilərəm. Həm mərkəzin özü, həm yaradılan şərait, həm də finallar zamanı vacib rol oynayan işıqlandırma sistemi kifayət qədər yaxşıdır.

Bakı Atıcılıq Mərkəzi dünyanın ən yaxşı qurğularından biridir”.

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb VİDEO

Digər Xəbərlər
Xəbər Lenti