Azərbaycan atıcısı Leyli Əliyeva Belarusun paytaxtı Minskdə keçirilən 2-ci MDB Oyunlarında qızıl medal qazanıb.
Sportinfo.az xəbər verir ki, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma növündə bütün rəqiblərini qabaqlayıb.
Azərbaycan təmsilçisi finalda erməni atıcı Nare Qabrielyana qalib gəlib.
Əliyeva ötən ay Cənubi Koreyanın Çanqvon şəhərində gənclər arasında təşkil olunmuş Dünya Çempionatında bürünc medal əldə edib.