COP29

"Onunla yaxşı tanışam və məmnuniyyətlə mərhələyə hazırlaşıram"

12 Sentyabr 05:20 Atçılıq 816
"Onunla yaxşı tanışam və məmnuniyyətlə mərhələyə hazırlaşıram"

"Bakıda yarışmaçıları bir çox stasionar yollardan sonra ilk küçə mərhələsi gözləyir".

Sportinfo.az “F1news”a istinadən xəbər verir ki, bunu “Williams” komandasının pilotu Aleks Elbon “Formula 1” üzrə Azərbaycan Qran Prisi ərəfəsində deyib.

O, Bakıda şəhər trekində maraqlı və qabaqcadan proqnozlaşdırıla bilinməyən yarış olacağını və bu yarışı səbirsizliklə gözlədiyini bildirib.

“Bakıdakı trekin yaxşı ritmi var, onunla yaxşı tanışam və məmnuniyyətlə mərhələyə hazırlaşıram.

Yenilənmiş avtomobili başqa tipli trekdə sınaqdan keçirmək və onun müxtəlif şəraitlərdəki performansını qiymətləndirmək fürsətini səbirsizliklə gözləyirəm.

Adətən bu yarış maraqlı və gözlənilməz olur, trekin yaxşı ötmə imkanları var və bu həftəsonu bundan istifadə etməyə ümid edirik”, - Elbon söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?