COP29

"Bakıya əvvəlki iki yarışdan daha yaxşı çıxış etmək üçün yollanırıq"

12 Sentyabr 04:40 Atçılıq 660
"Bakıya əvvəlki iki yarışdan daha yaxşı çıxış etmək üçün yollanırıq"

"Biz Bakıya əvvəlki iki yarışdan daha yaxşı çıxış etmək məqsədi ilə yollanırıq".

Sportinfo.az "Gpblog.com"a istinadən xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandasının rəhbəri Toto Volf Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

O, Niderland və İtaliyadakı yarışların onlar üçün çətin keçdiyini bildirib:

"Tempimiz yay fasiləsindən əvvəlki kimi deyildi. Bir neçə rəqibimiz irəliyə doğru addım atdı. Həm Azərbaycanda, həm də ondan sonra Sinqapurda təkmilləşdirmələri necə etdiyimizi görmək imkanımız var. Hər ikisi çətin trekdir".

Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında keçiriləcək. "Mercedes"dən Corc Rassell və Luis Hemilton Niderland və İtaliya Qran-pirilərində podiumda yer almayıblar.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?