"Bolidləri təkmilləşdirdiyinə, eyni zamanda, inkişaf etməyimdə böyük rol oynadığına görə komandama təşəkkür edirəm".
Sportinfo.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi olan “McLaren"in avstraliyalı pilotu Oskar Piastri deyib.
Avstraliyalı sürücü komandasının "Red Bull"u qabaqlayaraq konstruktorların çempionat cədvəlində zirvəyə qalxmasına münasibət bildirib:
"Ötən il mən komandaya yeni qoşulanda sonuncu pillədə idik. O gündən indiyə kimi bir çox şeylərin dəyişdiyini görmək olur.
İndi isə çempionata başçılıq edirik. Bu, doğrudan da əla nəticədir.
Bu uğurda komandadakı hər kəsin əməyi var. Buna görə onlara minnətdaram".