Azərbaycan Qran Prisinin yekunlarına görə Formula 1 komandası “Red Bull” iki mövsümdən sonra ilk dəfə olaraq Konstruktorlar çempionatında liderliyini itirib.
Sportinfo.az xəbər verir ki, “Red Bull” komandasının sürücüsü Serxio Peresin son dövrədə qəzaya uğraması “Maclaren”ə “Bulls”u 20 xal qabaqlayaraq komanda hesabında birinci yeri tutmağa imkan verib.
“Maclaren” 2014-cü ildən bəri ilk dəfə konstruktorlar çempionatına liderlik edir.
Son uğurlu yarışlar “Ferrari”yə də “Red Bull” ilə fərqi 31 xal azaltmağa imkan verib.