"Bu, karyeramın ən yaxşı yarışlarından biri oldu".
Sportinfo.az xəbər verir ki, bunu "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi olan "McLaren" pilotu Oskar Piastri deyib.
23 yaşlı sürücü son dövrələrin onun üçün bir az rahat keçdiyini bildirib:
"Hazırda Konstruktorlar Kubokunda liderik. 12 ay əvvəl belə nəticələr mümkün deyildi. Bu, böyük komanda işidir".