COP29

Şarl Lekler Bakıda sıralama turunda lider oldu - Ardıcıl dördüncü dəfə

14 Sentyabr 18:20 Atçılıq 206
Şarl Lekler Bakıda sıralama turunda lider oldu - Ardıcıl dördüncü dəfə

"Ferrari" pilotu Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda keçirilən Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vurub.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı sürücü üçüncü sessiyada yenidən lider olub.

"McLaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub.

Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq. Ş. Lekler 2021, 2022 və 2023-cü illərdə də Bakıdakı sıralama turunda ilk mövqedə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?