Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” klubunun yoxlama matçı keçirəcəyi rəqiblərin adına aydınlıq gəlib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi iyulun 21-də Küveytin “Əl-Ərəbi” klubu ilə gücünü sınayacaq.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda daha sonra Özbəkistanın “Soqdiana” klubunu sınağa çəkəcək. Bu görüş iyulun 24-də baş tutacaq.
Komanda ilk yoxlama matçını Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor"a qarşı keçirib və oyun heç-heçə yekunlaşıb - 1:1.
“Qırmızı-ağlar” toplanışı iyulun 25-də yekunlaşdırıb Bakıya dönəcək və 2 günlük istirahətdən sonra “Qarabağ”la oyunun hazırlığına başlayacaq.