COP29

Elxan Məmmədovun bu kluba gətirmək istədiyi baş məşqçi kimdir?

17 Sentyabr 20:00 Araz-Naxçıvan 3 473
Elxan Məmmədovun bu kluba gətirmək istədiyi baş məşqçi kimdir?

Millinin keçmiş məşqçisi Arif Əsədov klub karyerasını bərpa etməyə hazırlaşır.

Nikola Yurçeviç və Canni De Byazinin korpusunda yer almış mütəxəssis getməyə planlaşdırdığı komanda da məlumdur.

Onunla “Araz-Naxçıvan” arasında ilkin danışıqlar olub. AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov burada vasitəçidir.

FİFA-nın Paris ofisində çalışan Məmmədov klub rəhbərliyi ilə yaxın müansibətlərindən istifadə edərək, Əsədovu görəvə gətirmək üçün fəal iş aparır.

Arif Əsədovun Premyer Liqada sonuncu iş yeri “Neftçi” olub. 2014-2015-ci illərdə “ağ-qaralar”ı çalışdırıb.

2017-2018-ci illər aralığında isə o vaxt I Liqada mübarizə aparan “Sabah”ın sükanı arxasında dayanıb.

Mart ayında işə başlayan, iyunda sözləşməsi 1 il müddətinə uzadılan Elmar Baxşıyevin işini davam etdirib-etdirməyəcəyi ilk dövrənin yekunundan asılıdır.

Klub rəhbərliyi ona bununla bağlı xəbərdarlıq edib. «Ağ-qırmızılar» 9 turdan sonra turnir cədvəlinin ilk dörd pilləsindən birində qərar tutmasa, Baxşıyevə «sən sağ, biz salamat» deyiləcək».

Muxtar Respublika təmsilçisi Premyer Liqada 5 qarşılaşma keçirib. 10 xal toplayan region komandası hazırda sıralamada dördüncüdür.

Belə deyək, hazırkı baş məşqçinin taleyi tükdən asılıdır. Naxçıvan Futbol Federasiyasının sədri Zaur Axundovun iyulun sonunda verdiyi açıqlamanı bir daha xatırlatmaq lazımdır.

O, qardaşı Ramin Axuqdovun prezidenti olduğu "Araz-Naxçıvan"dan danışıb. Və baş məşqçi Elmar Baxşıyevə 2 ay vaxt verdiyini bildirib:

"Məni tanıyırsınız, idmanda ambisiyalı, iddialıyam. Uduzmağı da sevmirəm, haqsızlığı da. Düzdür, hərdən emosional oluram, lakin yaş keçdikcə vəziyyət dəyişir. 15 il əvvəlki Zaurla indiki arasında fərq var.

Cavan vaxtı emosional idim, hakimlərlə də mübahisələrim olub. Odur ki, "Araz-Naxçıvan"dan da uğur gözləyirəm.

Elmar Baxşıyevin də qarşısına iddialı olmaq şərti qoyulub. İstədikləri bütün transferlər reallaşdırılıb.

99 faiz arzulanan komanda yığılıb. Bir sözlə, lazım olan şərait yaradılıb.

Elmar Baxşıyevə inanıram. Məşqçinin uğur qazanması üçün əlində material olmalıdır. Lazımi heyət olmayandan sonra lap Mourinyonu da gətirsək, xeyri yoxdur.

"Araz-Naxçıvan"ın hədəfi avrokuboklardır. Mən "Keşlə"də də olanda hədəf Avropa idi, fərqi yoxdur, bu nəticə kubokdan qazanılır, ya çempionatdan.

Biz heç vaxt komandanın qarşısına altılığa, yaxud səkkizliyə düşməyi hədəf qoymamışıq. "Keşlə"də 5 ildə 2 dəfə kuboku qazandıq, bir dəfə də çempionatda üçüncü yeri tutduq.

"Araz-Naxçıvan"ın avrokuboklara düşməsinin 80 faizi Naxçıvandan, ev oyunlarını orada keçirməyimizdən asılı olacaq. İki aya nəticə olmasa, onu yola salacağıq.

Ancaq Elmara inanıram. İşləməsi və nəticə qazanması üçün əlində yaxşı material var. Qalanı texniki məsələdir".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM