COP29

"Komandama gördüyü işə görə təşəkkür edirəm"

25 İyul 08:20 Araz-Naxçıvan 1 037
"Komandama gördüyü işə görə təşəkkür edirəm"

“Toplanış çərçivəsində sayca ikinci oyunumuzu keçirdik.

Hesab açılmasa da, görüş dinamik oldu. Rəqib də möhkəm komanda idi.

Yaxşı hazırlıq keçdikləri hiss olunurdu. Futbolçularımın topa daha çox nəzarət etməsi müsbət məqam idi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Erzurum şəhərində təlim-məşq toplanışı çərçivəsində Küveytin “Al Arabi” klubu ilə yoxlama oyunundan (0:0) sonra deyib.

"Ümumiləşdirsək, Erzurum toplanışı faydalı oldu.

Komandama gördüyü işə görə təşəkkür edirəm.

Bu gün Bakıya qayıdırıq. Çempionata qədər daha bir matçda gücümüzü sınayacağıq.

İyulun 28-də əvəzedicilərlə üz-üzə gələcəyik. Bundan sonra avqustun 2-də “Qarabağ”la keçirəcəyimiz matça hazırlaşacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?