Böyük pullar xərcləmişik, hər cür şərait yaratmışıq, özünüzü yığışdırın - XƏBƏRDARLIQ!

21 Fevral 09:40 Araz-Naxçıvan 1 399
Böyük pullar xərcləmişik, hər cür şərait yaratmışıq, özünüzü yığışdırın - XƏBƏRDARLIQ!

Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»ın məşqçi və futbolçu heyəti ilə növbəti görüşü keçirib.

O, komandanın 2025-cü ilə yaxşı başlamadığını bildirib.

Premyer Liqanın son turunda «Turan Tovuz»a səfərdə 0:1 hesablı məğlubiyyətdən danışan NFF-nın birinci şəxsi deyib ki, üçüncü dövrənin ilk həftələri onu məyus edib, qeydə alınan nəticələr qəbulolunmazdır.

Avrokuboklara vəsiqə qazanmaq üçün kollektivə hər cür şərait yaradıldığını, böyük miqdarda vəsait xərləndiyini söyləyib.

Axundov diqqətə çatdırıb ki, tanışlarını kluba maddi dəstək olmalar üçün səfərbər eləyib və onlarla birgə daha staiondan məyus halda ayrılmaq istəmir.

Prezident növbəti turda «Səbail» ilə qarşılaşacaq kollektivə 3 xal tələbini çatdırıb, ikinci pillədəki yeri qorumalarını tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"
21 Fevral 03:10 Səfərdə Kosovoya uduzduq