Qış fasiləsi ilə bağlı yaranmış fasilə futbolçular üçün göydəndüşmə olub.
Xüsusən də legionerlər bu imkandan maksimum yararlanmağa çalışır.
Qış aylarının müşahidə olunduğu Azərbaycandan fərqli, istirahət üçün Dubaya üz tutmaq, ya da doğmalarını görmək üçün Braziliyaya səfər etmək onlar üçün daha sərfəlidir.
“Araz-Naxçıvan”ın hücumçusu Ramon Maçado xeyli vaxtdır Braziliyadadır. Təcrübəli futbolçu yorğunluğunu vətənində çıxarır, imkan düşdükcə azyaşlı oğlu və qohumları ilə əylənir.
Maçado “instagram” hesabında etdiyi paylaşımda uşaqların “başına açdığı oyunu” nümayiş etdirib.
O, topla texniki ustalığını nümayiş edərək “dəri kürə”ni balacalara verməyib.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN