COP29

“Bura mənim ikinci evimdir, “Araz-Naxçıvan”a gəlmişəmsə…”

17 Noyabr 02:50 Araz-Naxçıvan 245
“Bura mənim ikinci evimdir, “Araz-Naxçıvan”a gəlmişəmsə…”

“Hazırda milli komandalara görə fasilədir, biz hazırlıqlarımızı davam etdiririk.

Təbii ki, uğurlu nəticələr bizi sevindirir. Kollektivdə əla atmosfer var.

Komanda yoldaşlarım da əla futbolçulardır.

Mövsümün sonunda məqsədimizə çatmaq istəyirik. Məqsədimizə də addım-addım çatmaq niyyətindəyik”.

bu sözləri sportal.az-a açıqlamasında “Araz-Naxçıvan”ın legioneri Sezar Meza Kolli deyib.

Paraqvaylı yarımmüdafiəçi komandasının bu mövsüm uğurlu mövsüm keçirməsindən danışıb. Bununla yanaşı isə o, yenidən Azərbaycana qayıtmasına fikir bildirib:

“Azərbaycan mənim ikinci evimdir. “Araz-Naxçıvan”a keçdiyimə görə şadam.

Komandaya gəlmişəmsə, ən yaxşısını etməyə çalışıram. Yaxşı, mehriban kollektivim var. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 20:00 Çək və bizə göndər!
17 Noyabr 03:50 Döyüldü - VİDEO+FOTOLAR
17 Noyabr 00:20 QOL.az artıq 16 yaşında!