COP29

Premyer Liqa klubunun rəhbəri baş məşqçiyə İSTEFA XƏBƏRDARLIĞI ETDİ!

13 Sentyabr 10:40 Araz-Naxçıvan 4 679
Premyer Liqa klubunun rəhbəri baş məşqçiyə İSTEFA XƏBƏRDARLIĞI ETDİ!

Elmar Baxşıyevin «Araz-Naxçıvan»dakı taleyinə nə vaxt aydınlıq gələcəyi bilinib.

Mart ayında görəvə gələn, iyunda sözləşməsi 1 il müddətinə uzadılan baş məşqçinin işini davam etdirib-etdirməyəcəyi ilk dövrənin yekunundan asılıdır.

Klub rəhbərliyi ona bununla bağlı növbəti dəfə xəbərdarlıq edib. «Ağ-qırmızılar» 9 turdan sonra turnir cədvəlinin ilk dörd pilləsindən birində qərar tutmasa, Baxşıyevə «sən sağ, biz salamat» deyiləcək».

Muxtar Respublika təmsilçisi Premyer Liqada 4 qarşılaşma keçirib. 7 xal toplayan region komandası hazırda sıralamada dördüncüdür.

Bu yerdə Naxçıvan Futbol Federasiyasının sədri Zaur Axundovun iyulun sonunda verdiyi açıqlamanı bird aha xatırlatmaq lazımdır.

O, qardaşı Ramin Axuqdovun prezidenti olduğu "Araz-Naxçıvan"dan danışıb. Və baş məşqçi Elmar Baxşıyevə 2 ay vaxt verdiyini bildirib:

"Məni tanıyırsınız, idmanda ambisiyalı, iddialıyam. Uduzmağı da sevmirəm, haqsızlığı da. Düzdür, hərdən emosional oluram, lakin yaş keçdikcə vəziyyət dəyişir. 15 il əvvəlki Zaurla indiki arasında fərq var.

Cavan vaxtı emosional idim, hakimlərlə də mübahisələrim olub. Odur ki, "Araz-Naxçıvan"dan da uğur gözləyirəm.

Elmar Baxşıyevin də qarşısına iddialı olmaq şərti qoyulub. İstədikləri bütün transferlər reallaşdırılıb.

99 faiz arzulanan komanda yığılıb. Bir sözlə, lazım olan şərait yaradılıb.

Elmar Baxşıyevə inanıram. Məşqçinin uğur qazanması üçün əlində material olmalıdır. Lazımi heyət olmayandan sonra lap Mourinyonu da gətirsək, xeyri yoxdur.

"Araz-Naxçıvan"ın hədəfi avrokuboklardır. Mən "Keşlə"də də olanda hədəf Avropa idi, fərqi yoxdur, bu nəticə kubokdan qazanılır, ya çempionatdan.

Biz heç vaxt komandanın qarşısına altılığa, yaxud səkkizliyə düşməyi hədəf qoymamışıq. "Keşlə"də 5 ildə 2 dəfə kuboku qazandıq, bir dəfə də çempionatda üçüncü yeri tutduq.

"Araz-Naxçıvan"ın avrokuboklara düşməsinin 80 faizi Naxçıvandan, ev oyunlarını orada keçirməyimizdən asılı olacaq. İki aya nəticə olmasa, onu yola salacağıq.

Ancaq Elmara inanıram. İşləməsi və nəticə qazanması üçün əlində yaxşı material var. Qalanı texniki məsələdir".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə