“Neftçi” və “Qəbələ”nin sabiq hücumçusu Ramon Maçado “Araz-Naxçıvan”dan izn istəyib.
Braziliyalı legioner “ağ-qırmızlar”la iyulun 15-dən sonra müqavilə imzalaya biləcəyini söyləyib.
Muxtar Respublika təmsilçisinin anlaşma şərtlərini qəbul edən cənubi amerikalı forvard Malaziyada daha bir neçə gün qalmalı olduğunu söyləyib.
Çünki axır 1 ildə formasını geyindiyi «Sabah» ondan sonuncu dəfə meydana çıxmasını istəyib.
Yerli komandanın iyulun 15-də kubok qarşılaşması var və Maçado bu oyunun ardınca ölkəylə vidalaşacaq.
Malyaziyadan birbaşa Türkiyəyə yollanacaq «sambaçı» hazırda Erzurumda təlim-məşq toplanışı keçən «Araz-Naxçıvan»ın düşərgəsinə qoşulacaq.
32 yaşlı braziliyalı ”Qəbələ”də keçirdiyi 37 oyunda 10 qol vurub. Maçado Premyer Liqadakı 32 matçda 8, Azərbaycan kubokunun 5 qarşılaşmasında 2 dəfə rəqib qapılarına yol tapıb. O, komanda ilə Azərbaycan Kubokunun da qalibi olub.
Maçadonun gəlişiylə «ağ-qırmızılar»ın sıralarındakı sabiq «Qəbələ»lilərin sayı 4-ə çatacaq.
Elmar Baxşıyev vaxtilə «Qəbələ»də rəhbərliyi altında çıxış etmiş oyunçulardan Ürfan Abbasov, Ülvi İsgəndərov və Felipe Santosu da «Araz»a gətirib.
SPORTİNFO.AZ